Ekspertlər səs qeydlərinin baş nazirə və oğluna aid olduğunu təsdiqləyirlər
Türkiyənin səs mühəndisləri 17 dekabr “böyük rüşvət və korrupsiya əməliyyatı” ilə bağlı baş nazir Ərdoğan və oğlu Bilal Ərdoğanın səs qeydlərinin ekspertizasını keçiriblər.
Səs mühəndislərindən Atilla Özdəmiroğlu tvt hesabından bir açıqlama yayaraq səs qeydlərinin montaj olmadığını bildirib. O qeyd edib ki, fərqli mənbələrdən montajlanan danışıq çox asan anlaşılır. Araşdirmalar göstərir ki, burada montajdan əsər-əlamət belə yoxdur. “Səs qeydləri təkrar olaraq ekspertizadan keçirilib, hər hansı montaj yoxdur və arxa plandakı danışıqlardan anlarsınız”, - o qeyd edib. İkinci arama olduqca təmiz bir xətt vasitəsilə həyata keçirilib.
Bu məsələ ilə bağlı daha bir açıqlama isə Ərdəm Halvaçıoğlu tərəfindən verilib. “Dostlar, səs qeydlərini təkrar dinlədim, bu qeydlər qəti şəkildə doğrudur, bir PND mühəndisi olaraq mənə güvənə bilirsiniz”, - ekspertizasını doğruluğuna əmin olduğunu bəyan edib.
-
- Cəmiyyət
- 25 Fevral 2014 17:25
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz