Erdoğan hökuməti Gülenin İsraillə əlaqələrinə işarə edir
İlahiyyatçı Fetullah Gülenin tərəfdarları baş nazir Erdoğanın 2009-cu ilin noyabr ayında Davos forumunda İsrailə qarşı sərt addımından sonra Türkiyə hökumət üzvləri haqqında məlumat toplamağa və onların telefon danışıqlarını dinləməyə başlayıblar. Bu barədə bu gün ölkənin xarici işlər naziri Efkan Ala bildirib.
Türkiyə KİV-lərinin məlumatına görə, DİN rəhbərinin bəyanatı hakim AKP-nin qapalı iclasında səslənib. “Gülen icması Davos hadisəsindən sonra bizim haqqımızda məlumat toplamağa başlayıb”, deyə Ala bildirib.
Gülen hərəkatı və Türkiyə hökuməti arasında münaqişə 2013-cü ilin dekabr ayında korrupsiya qalmaqalından sonra açıq mərhələyə keçib. Həmin vaxt üç nazir mənzillərində milyonlarla dollar nağd pul və korrupsiya faktları aşkar edilməsi ilə əlaqədar istefa vermək məcburiyyətində qalıb.
Bu biabırçılığı etiraf etmək yerinə Erdoğan yüzlərlə polisi və prokuroru işdən çıxarıb, polisin 7 min vətəndaşın telefonunu dinləməsi haqqında sənədləri yayıb.
Danışıqları dinlənilənlər arasında ölkə prezidenti Abdullah Gül, baş nazir Erdoğan, onların doğmaları və yaxın çevrələri olub.
Erdoğan telefonların kütləvi şəkildə dinlənilməsinin təşəbbüskarlarını “hökumət daxilində cinayətkar qruplaşma” adlandırıb və onları Gülenin rəhbərlik etdiyi “Hizmet” hərəkatı ilə əlaqələrdə təqsirləndirib. Bir müddət əvvəl Erdoğan Vaşinqtondan Güleni mühacir olaraq yaşadığı ABŞ-dan ekstradisiya etməyi tələb edib. Lakin onun çağırışı eşidilməyib. -02D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz