İraq Türkmən Cəbhəsinin ünlü ismi Münir Kafili qətlə yetirilib
Türkiyənin xəbər saytları İraq Türkmən Cəbhəsinin İdarə Heyətinin üzvü Münir Kafilinin gecə saatlarında naməlum şəxslər tərəfindən qətlə yetirilməsi haqda xəbər yayıblar.
Xəbərlərə görə, Kərkükün Əsgəri istiqamətində M.Kafilinin maşınına silahlı basqın edilib, başından güllə ilə vurulan M.Kafili elə hadisə yerində həyatını itirib.
M.Kafili İraq Türkmən Cəbhəsinin seçki məsələsi üzrə məsul şəxslərindən biri idi və qurumun Kərkük məclisinin sədri vəzifəsini daşıyırdı.
“İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması uyunun 10-da Mosul şəhərini ələ keçirdikdən sonra İraq ordusu Kərkükdən geri çəkilib, İraq Kürd Muxtar bölgəsinə aid hərbi birliklər iyunun 12-də şəhərə daxil olaraq nəzarəti ələ keçirib.-05D-
-
- İqtisadiyyat
- 25 İyun 2014 12:14
-
- Cəmiyyət
- 25 İyun 2014 12:38
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz