Kərkükdə ünlü şəxslərin qətlləri baş verib
Kərküklü türkmən iş adamı Fatih Şakir bu gecə evinə basqın zamanı qətlə yetirilib. Türkiyə saytları bu xəbəri türkmən yazar Türkeş Muxtaroğluna isnadən yayıblar.
Basqınçılar F.Şakiri qətlə yetirdikdən sonra evini cəsədi qarışıq yandırıblar. Bu basqını və qətli kimlərin etdiyi hələ də bəlli deyil. Bundan əlavə, cinayət baş verən zaman azyaşlı türkmən uşağı Osman Camçı silahlı şəxslər tərəfindən oğurlanıb və aqibətindən hələ də bir xəbər yoxdur.
Kərkük polisi isə bu gecə qətlə yetirilən iş adamı F.Çakirin qətlilə elə bu gecə qətlə yetirilən İraq Türkmən Cəbhəsi (İTC) İdarə Heyətinin üzvü Münir Kafilinin qətli i arasında əalqə olub olmadığını araşdırır. -05D-
-
- Dünyada
- 25 İyun 2014 15:23
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz