Obama Rusiyanı Ukrayna ilə bağlı öhdəliklərini pozmaqda ittiham edib
ABŞ prezidenti Barak Obama Ukraynanın tərkib hissəsi Krıma Rusiyanın əsgəri güc toplamasına cavab olaraq Ağ Evdə mətbuat konfransı keçirib.
B.Obama Rusiyanın bu addımının “dərin narahatlıq” yaratdığını nəzərə çatdırıb. “ABŞ Ukraynaya yönələn hər hansı hərbi müdaxiləyə cavab vermək məsələsində beynəlxalq aləmlə bir sırada duracaq”, -Rusiyaya xəbərdarlıq edib.
Ukraynanın gələcəyinin necə olacağına qərar verməyi Ukrayna xalqının müstəsna haqqı olmasına inandığını deyən B. Obama Ukraynadakı hadisələrlə bağlı RF prezidenti Vladimir Putinlə bu günlərdə telefon danışığı olduğunu xatırladıb.
“Ukrayna daxilində RF tərəfindən atılan hərbi addımlarla bağlı xəbərlər bizi narahat edir. Ruisyanin Ukrayna ilə mədəni, iqtisadi və Krlmdaki hərbi təsisatları da daxil olmaqla tarixi əlaqələri var. Amma Ukraynanın ərazi bütövlüyünə hər hansı şəkildə riayət olunmaması qeyri-sabitlik yaradır ki, bu nə Ukrayna, nə Rusiya, nə də Aropanın xeyrinədir”, - B.Obama qeyd edib.
Ukraynanın müstəqilliyinə və sərhədlərinə Rusiyanın hörmət etmək öhdəlikləri olduğunu xatırladan B.Obama bu addımı həm də həmin öhdəliklərə əməl olunmaması kimi dəyərləndirib. ABŞ prezidenti bu addımın Qış olimpiya oyunlarına yenicə ev sahibliyi etmiş Rusiyanın dünyadakı bütün dövlətlər tərəfindən qınanmasına səbəb olacağını vurğulayıb.-05D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz