Özbəkistanın müvəqqəti başçısı Şavkat Mirziyayev oldu
Özbəkistan Parlamenti baş nazir Şavkat Mirziyayevi müvəqqəti dövlət başçısı təyin edib. Bu qərar qanunverici palata və senatın birgə iclasında qəbul edilib.
Qanunvericiliyə əsasən, dövlət başçısı səlahiyyətlərini öz üzərinə götürməli ilan Parlamentin spikeri Niqmatulla Yurdusev bundan imtina edib.
59 yaşlı Mirziyayev 2003-cü ildən Özbəkistanın hökumət başçısı olub. İslam Kərimovun ölümündən sonra Mirziyayev onun dəfni üzrə komissiyaya rəhbərlik edib. -02D-
-
- Söz istəyirəm
- 8 Sentyabr 2016 15:16
-
- İqtisadiyyat
- 8 Sentyabr 2016 17:42
Dünyada
-
Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə birgə Fələstinlilərin Qəzzadan zorakılıqdan azad bölgələrə köçürülməsini dəstəkləyən əhəmiyyətli bir bəyanat verdi. Bu açıqlama, onların ətraflı müzakirələrindən əvvəl Ağ Evin mətbuat toplantısında verildi.
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
-
Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, Moskvanın şimal-qərbində yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alaraq reanimasiyada dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr İnterfaksa məlumat verib.
-
Ukraynada müharibənin 2022-ci ildə başlanmasından bəri Gürcüstanın Avropaya neft ixracı 15 dəfə artıb, lakin Rusiya dəniz və dəmir yolu vasitəsilə ölkənin ən böyük neft tədarükçüsü olaraq qalır. Bununla belə, Gürcüstana idxal edilən Rusiya nefti ölkənin rəsmi statistikasında qeydə alınmır. Bu barədə yanvarın 22-də Gürcüstanın iFact media qurumu tərəfindən dərc edilən araşdırma hesabatında bildirilir.
Rəy yaz