Rusiya Krım tatarlarını terrorçu adı ilə istintaqa cəlb edir
Rəsmi Kreml terrorçu hesab etdiyi Krım türklərinin evlərində axtarışa başlayıb. Türkiyə saytları bu xəbəri Krım-Tatar Məclisinə isnadən verib.
Mənbə Krım tatarlarının təhlükə altında olduğunu bildirib. Xəbərə görə, Rusiya tərəfdarları mayın 15-də Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlunun evində icazəsi olmadan axtarış aparıblar. Mayın 16-na keçən gecədən isə Krım tatarlarının evlərində kütləvi axtarışa başlanılıb. Onlara qarşı terrorçu ittihamı irəli sürülür.
Krımda Rusiyanın mövqeyini dəstəkləmədiklərinə görə bu günlərdə 200-ə yaxın Krım tatarı istintaqa çağırılıb, əl izləri götürülüb, məscidə niyə getdikləri xəbər alınıb.
Mənbə Krım tatarlarının təhlükəsizliyinin beynəlxalq ictimaiyyət tərəfındən qorunmalı olduğunu bildirib. Karım tatarlarının təhküləsizliyinin təmin olunmasına görə məsuliyyətin təkcə Rusiyanın yox, həm də Budapeşt memorandumu icraçılarının üzərinə düşdüyü vurğulanıb.-05D-
-
- Siyasət
- 16 May 2014 17:01
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz