Rusiya Krımın ilhaqı ilə barışmayan Krım tatarlarını terrorçu sayır
Rusiyanın ilhaq etdiyi Krımda terrorçuluqda ittiham etdiyi Krım tatarlarının mənzil və evlərində kütləvi axtarışlar başlanıb. Krım-tatar Xalq Məclisinin mətbuat katibi Əli Hamzin bu haqda Türkiyə saytlarına bildirib.
“Ə.Hamzin Krm tatarlarının həyatının təhlükədə olduğunu deyib. Bu günlərdə Krım tatarlarının lideri Mustafa Cəmil Krımoğlunun evində razılığı olmadan axtarış aparılıb. Bu gecə saatlarından isə Krım tatarlarının evlərində kütləvi axtarışlar aparılır və Krım tatarlarına qarşı terrorçu ittihamı irəli sürülür.
Ə.Hamzin bu günlərdə 150-yə yaxın Krım tatarının bu ittihamla istintaqa çağırıldıqlarını nəzərə çatdırıb. Bu şəxslərin əl izləri götürülüb və məscidə getmələrinin səbəbi soruşulub.
Ə.Hamzin Krım tatarlarının təhlükəsizliyinin beynəlxalq ictimaiyyət və güclər tərəfindən qorunmalı olduğunu xüsusi vurğulayıb. Bu təhlükəsizliyin təmin olunmasına görə Rusiya ilə yanaşı Budapeşt Memorandumunu icra edənlərin də məsuliyyət daşıdıqları nəzərə çatdırılıb. -05D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz