Ekrem İmamoğlu. t24.com.tr
1.24 iyun 2012-ci ildə radikal dinçi "Müsəlman qardaşlar" təşkilatının lideri Məhəmməd Mursi Misirin prezidenti seçildi.Türkiyə Mursinin başçılıq etdiyi Misiri özünün ən mühüm strateji müttəfiqi kimi görməyə başladı.2012-ci ilin dekabrında Qahirədəki əl-Əzhər universitetində çıxış edən Türkiyə baş naziri Erdoğan, cümhuriyyət rejimini nəzərdə tutaraq "Coğrafiyamıza bəzi şeylərin süni şəkildə və yanlış gətirilmişdir, Mursi qardaşımla o səhvləri düzəldəcəyik"- dedi.31 may 2013-cü ildə İstanbulun mərkəzindəki "Gəzi meydanı"nda başlayan etiraz nümayişləri 20 gün davam etdi.Hökumətin yüngülvari müdaxiləsiylə "Gəzi hadisələri" başladığı kimi dinç şəraitdə dağıldı ancaq başda Recep Tayyip Erdoğan olmaqla,iqtidar təmsilçiləri "Gəzi hadisələri"ni "əcnəbi qüvvələrin, faiz lobbilərinin hökuməti devirmə planı" kimi analiz etdilər.Halbuki "Gəzi hadisələri"nin lokomotivini də dinamosunu da özəl həyatlarına müdaxilə edilməsini istəməyən gənclə təşkil edirdi, elə ona görə dinc aksiyalar cəmiyyətdən böyük dəstək görərək dalğa-dalğa Türkiyəyə yayılmışdı.Eyni günlərdə Qahirənin "Təəhrir meydanı"nda prezident Mursinin qatı islamçı addımlarına qarşı başlayan etiraz nümayişləri iyulun 3-də ordunun iqtidara əl qoyması ilə nəticələndi."Müsəlman qardaşlar" zehniyyətini təmsil edən və onu özünə yaxın sayan iki iqtidarın məruz qaldığı aqibət də 180 dərəcə fərqli oldu: Türkiyə demokratiya yolunu davam etdirdi, Misir hərbi diktaturanın pəncəsində qaldı.İyunun 17-də məhkəmədə vəfat edən Mursi Türkiyə iqtidarı tərəfindən "şəhid" elan edildi,onun üçün qiyabi cənazə namazı qılındı.İyunun 23-də İstanbulda təkrarlaranan bələdiyyə seçkisində müxalifətin namizədi Ekrem İmamoğlunun 800 min səs fərqiylə qalib gəlməsinin əsas nəticəsini bu şəkildə oxumaq lazımdır: İstanbul gəncliyi "Müsəlman qardaşlar" zehniyyətini qəbul etməyərək dünyəvi Ekrem İmamoğlunun dalınca getdi.Misirdə hərbi çevrilişlə iqtidardan uzaqlaşdırılan "Müsəlman qardaşlar" zehniyyəti İstanbulda demokratik yoldan məğlub oldu.
2. İyunun 23-də İstanbulda təkrar keçirilən bələdiyyə seçkisi PKK terror təşkilatının ömür boyu həbsə məhkum edilən başçısı Abdullah Öcalanı kürd seçicilərin gündəmindən tamamilə çıxarmışdır.İstanbul dünyada ən çox kürdün yaşadığı şəhərdir,başda AKP olmaqla, o biri partiyalar da bu gerçəyi bildikləri halda,"Cümhur ittifaqı" namizədinin geridə olduğunu görən iqtidar "Apo kartı"nı tədavülə daxil etməkdən çəkinmədiyi kimi,Öcalanın Şimali İraqda ticarətlə məşğul olan kiçik qardaşı, qırmızı bülletenlə axtarılan Osman dövlətin kanalına çıxarılaraq kürdlərə "Bitərəf olun"- müraciəti etdirildi.Nəticə, Türkiyədə məşhur deyimlə, "solda sıfır"dan ibarət oldu.Öcalanların istifadə müddəti həmişəlik bitdi, Kandil dağının istifadə müddəti də sürətlə sona yaxınlaşır.Halkların Demokratik Partiyası "Kürd siyasətinin təmsilçisi" titulunu "Türkiyənin partiyası" ünvanına transformasiya etmək yolunda tarixi bir addım atdı.
3.Müxalifət blokunun lideri Ekrem İmamoğlu martın 31-də 14 min səs fərqiylə İstanbulun bələdiyyə sədrliyi uğrunda mübarizədə qalib gəlmişdi.23 iyundakı fərq isə 59 dəfə artıqdır: 806 min səs.Bu,istənilən iqtidar partiyası üçün çox ağır bir məğıubiyyət olduğu kimi, 2002-ci ildən bəri iqtidarda olan AKP də ilk dəfə "sərsəmlədici" zərbə aldı.AKP ilə onu qeydsiz-şərtsiz dəstəkləyən (Azərbaycanın lövhə partiyaları kimi) MHP-nin yaratdığı "Cumhur ittifaqı"nın məruz qaldığı ağır məğlubiyyət onların ayrılmsına səbəb olacaqmı? Əlbəttə, belə ağır məğlubiyyətdən sonra, xüsusilə,AKP qanadında ciddi sorğulamalar olacaqdır və tərəfdarlardan gələcək olan təzyiq AKP-nin bu ittifaqdan ayrıla biləcəyinə işarə edir.AKP-nin xoşuna gəlməyəcək başqa bir gəlişmə isə partiyanın öz övladlarının yeni partiya qurma hazırlığında olmalarıdır.Bu baxımdan AKP sədri və prezident Erdoğanı sıxıntılı günlərin gözlədiyini təxmin etmək çətin deyil.Müxalif partiyalarının qurduğu "Millət ittifaqı"nın timsalında isə nəinki Türkiyə hətta dünya demokratiyası baxımından örnək olan proseslər yaşandı, yaşanacaqdır.Onlardan birincisi budur ki,CHP ilə aydın milliyyətçi təbəqəni təmsil edən Meral Akşenerin İyi Partiyası 1 il içində 3-cü dəfə ittifaqı davam etdirirək,böyük uğur qazanmışdır.Alparslan Türkeşin 32 il başında durub daha sonra Devlet Bahçelinin ələ keçirdiyi(22 ildir ki, sədrdir) MHP isə "Sünni vəhabi məzhəbi"nə Türk milliyyətçiliyini əsir etməklə qalmayıb,23 iyun ərəfəsində PKK terror təşkilatının ömür boyu həbsə məhkum edilən və MHP tərəfdarlarının "qatil düşmən" kimi gördüyü Öcalanın İstanbuldakı kürdlərə ünvanladığı "Seçkidə bitərəf qalın"- məzmunlu məktubuna dəstək vermişdir.23 iyun seçkisi Türk milliyyətçiliyinin aydın olmayan, kitab-dəftərdən, sənət-ədəbiyyatdan uzaq duran qanadını da çıxdaş edəcəkdir.Kürd təmayüllü siyasətə gəlincə: əsas lideri (Selahattin Demirtaş) həbsdə olan HDP-yə Öcalanın ünvanladığı müraciət zərrə qədər rəğbət görməmiş, əksinə- İstanbulun kürdləri 23 iyunda həm Atatürkün partiyası (CHP) həm də aydın milliyyətçilərin partiyası İyi Partiya ilə eyni cərgədə durmuş, bunun sayəsində qələbə qazanılmışdır.
Türk siyasəti və demokratiyası tarixi bir imtahandan uğurla çıxaraq keyfiyyət baxımından yeni bir mərhələyə qədəm qoymuşdur.1983-cü ildə hərbi xunta seçicilərin iradəsinə ipoteka qoyaraq onları yönləndirməyin mümkün olmadığını Özalın Ana Vatan Partiyasının seçkidən qalib çıxmasıyla anlamşdı.Mühafizəkar siyasət 30 ildən sonra eyni aqibəti yaşamış və Türk demokratiyası "Seçici iradəsini məcburən yönləndirmək olmaz"- düsturunu əbədi şəkildə özünün prinsipi elan etmişdir.
Rəy yaz