Yerevanda silahlı hücumu polis polkovniki törədib (yenilənib)
Yerevan/03.05.18/Turan: Ermənistan polisi bildirib ki, bu gün HSBC Bankın Yerevandakı filiallarından birinə silahlı hücum edən şəxs Yol Polisi şöbə rəisi, polkovnik Daniel Danielyan olub.
Bıçaq, qumbara və tüfənglə silahlanan polkovnik banka girib, iki əməkdaşı yaralayıb, onlardan biri vəfat edib. O, pulu oğurlayıb və qaçıb, amma hadisə yerinə gələn əməliyyat qrupu Danielyanı mühasirəyə alıb və saxlayıb, bu zaman o, bir polisi yaralayıb. -02D-
* * *
2018 May 03 (Cümə axşamı) 17:19:20
Yerevanda bankda soyğun hadisəsi baş verib, həlak olan var
Yerevan/03.05.18/Turan: Yerevanda HSBC bankın filialına soyğun məqsədilə hücum olub. Bir nəfər həlak olub. Bu barədə Ermənistan polisinin mətbuat xidməti bildirib.
İlkin məlumatlara görə, silahlı şəxs banka daxil olub və mühafizəçini güllələyib. Çağırışla gələn polislər atəş açıblar. Cinayətkar ətrafa atəş açmağa başlayıb və polisi yaralayıb. Hüquq mühafizəçiləri cinayətkarı yaxalamağa müvəffəq olub. -02D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz