- İqtisadiyyat
- 11 Oktyabr 2012, 14:00
- 129
2013-cü ildə hökumət 46 mln ton neft hasilatı proqnozlaşdırır
Nazirlər Kabinetinə təqdim edilən 2013-cü ilin dövlət büdcəsi layihəsinə əsasən, gələn il neft və kondensat hasilatı proqnozu 46 mln tondur.
ARDNŞ tərəfindən (quruda neft çıxaran MM və əməliyyat şirkətləri də daxil) 8 mln ton, “Şahdəniz” layihəsi çərçivəsində 2 mln ton kondensat, “Azəri-Çıraq-Günəşli” layihəsi iştirakçıları tərəfindən 36 mln ton neft (hər ikisinin operatoru BP-dir) hasil edilməlidir.
Qeyd edək ki, bir il əvvəl hökumət proqnozlaşdırırdı ki, 2012-ci ildə 45,9 mln ton neft və kondensat çıxarılacaq. Amma ilin I yarısında hasilat 22,2 mln tona azalıb, II yarımildə azalma davam edib, oktyabrda əsas neft hasilatçısı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AIOC) “Dərinsulu Günəşli”də hasilatı bir aylığa tam dayandırıb. Nəticədə, yəqin ki, bu il neft hasilatı 43,3-43,5 mln ton olacaq.
Beləliklə, Azərbaycan hökumətinin proqnozunda 7-10% yanlış normaya çevrilir.
Azərbaycan prezidenti İlham Əliyevin dünən hökumətin iclasında ВР-ni tənqid edərək 2008-ci ildən neft hasilatını azaltmaqda ittiham edib. "Konsorsiumun çoxsaylı səhvləri ucbatından son illər “Azəri” və “Çıraq” yataqlarında neft hasilatı kəskin azalıb", - deyə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının yekunlarına həsr edilmiş iclasında Azərbaycan prezidenti İlham Əliyev bildirib.
2012-ci ilin yanvar-sentyabrında Azərbaycanda 32,746 mln ton xam neft çıxarılıb. Bu, 2011-ci ilin 9 ayındakından 7,8% azdır. --12В--
-
- İqtisadiyyat
- 11 Oktyabr 2012 14:00
-
- Cəmiyyət
- 11 Oktyabr 2012 14:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz