- İqtisadiyyat
- 11 Noyabr 2014, 15:23
- 92
2014-cü ildə elektron ticarət pərakəndə ticarətin cəmi 0,029 faizini təşkil edir
2014-cü ilin on ayında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-oktyabr aylarına nisbətən 2,5 dəfə artaraq 5,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,6 faizini hüquqi şəxslərin, 8,4 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,0 faizini qeyri-ərzaq malları təşkil edib.
Statistika Komitəsi bildirir ki, 2014-cü ilin yanvar-oktyabr aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 17,5 milyard manatlıq əmtəə satılıb.
Xatırladaq ki, elektron ticarət pərakəndə satışın cəmi 0,029 faizini təşkil edir.
Müşahidəçilərin fikrincə, elektron ticarətin həcmi ilə elektron xidmətləri prioritet elan etmiş Azərbaycan hökumətinin siyasəti ilə tərs mütənasibdir. Hökumət hələ də istehlakçıları elektron ticarətin etibarlılığına inandıra bilməyib və ya satış məntəqələri elektron ticarətin inkişafında maraqlı deyil. -03B-
-
- İqtisadiyyat
- 11 Noyabr 2014 15:05
-
- Cəmiyyət
- 11 Noyabr 2014 15:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz