2016-cı ilin I yarısı üçün icmal büdcəsində neft gəlirləri 46,5% azalıb
2016-cı ilin I yarısı üçün icmal büdcəsində neft gəlirləri 9262,7 mln manat, xərclər 8226,1 mln manat olub, deyə Maliyyə Nazirliyi bildirir.
Dövlət büdcəsinin gəlirləri 6133,8 mln manat (proqnoz 7771,5 mln manat) olub. Dövlət büdcəsinin xərcləri 88,8% icra eidlib və 6821,5 mln manat təşkil edib. Büdcə kəsiri 687,7 mln manatdır.
Vergilər Nazirliyi büdcəyə 3190,1 mln manat, qeyri-neft sektoru 77,8% və ya 2481,1 mln manat (2015-ci ilin eyni dövründə nisbətən +10,8%) təmin edib.
Turan-ın hesablamasına görə, neft sektorundan büdcə gəlirləri 2469 mln manat (2015-ci ilin eyni dövründə 4618,6 mln manat) olub. Bunun 709 mln manatı (1057 mln manat) neft şirkətlərinin ödənişləri, 1760 mln manat (3561,6 mln manat) ARDNF-dən transfertlərdir (proqnozdan 51,7% az).
Gömrük Komitəsi büdcəyə 995,4 mln manat təmin edib (+30,1%). –12В--
-
- Siyasət
- 20 İyul 2016 12:13
-
- İqtisadiyyat
- 20 İyul 2016 13:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz