9 ayda əhali pullarının 55%-i ərzağa xərcləyib

2014-cü ilin yanvar-sentyabrında Azərbaycan əhalisi 15,47 mlrd manatlıq istehlak malları alıb ($19,7 mlrd və ya ötən ilin eyni dövrü ilə müqayisdə + 9.4%).

Dövlətstatkoma görə, bunun 54,75%-i ərzağa (8,47 mlrd və ya + 3,2%) xərclənib. Qeyri-ərzaq malları alınmasında 15,9% artım olub və o, 7,7 mlrd manata çatıb.

Əhali xidmətlərə 4,76 mlrd manat (+ 6.4%) xərcləyib. Xidmətin 60,5%-i (3,6 mlrd) hüquqi şəxslər göstərib. --17D—

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti