«A-Group»un avtomobil meyli
«A-Group» sığorta şirkəti BMT-nin yol hərəkətinin təhlükəsizliyi təşəbbüsü çərçivəsində ilk addım atıb. Paytaxt küçələrində təlükəsizlik kəmərləri bağlamağa çağıran yol işarələri quraşdırılıb.
Bir il öncə şirkətin mükafatlarının 95%-i KTS üzrə idi. İndi avtomobillərin КАСКО sığortası onu sıxışdırır. Yanvar-apreldə KTS-in payı 2,45 mln manatda 76,5% olub. Amma əmlak sığortası əvvəlki illərdən fərqli olaraq ilk dəfə 100 min manatı keçməyib.
Şirkətin məlumatına görə (http://www.a-group.az/az/rus/news2.php), il ərzində avtosığortada artım 180% təşkil edib.
“A-Qroup” şirkəti sığorta bazarında 1995-ci ildən fəaliyyət göstərir və 14 könüllü sığorta növü üzrə xidmət edir. İlin əvvəlində şirkət növbəti dəfə İSO 9001 beynəlxalq keyfiyyət standartına cavab verdiyini təsdiq edib/ A-Qroup Korporativ idarəetmə layihəsinin mükəmməlləşdirilməsi üzrə ikinci pilot proqramı çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən seçilmiş yeganə sığorta şirkətidir. . --17D—
-
- Siyasət
- 6 İyun 2013 16:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz