Sumqayıtda iş yerlərində əmək qanunvericiliyinin təbliği məqsədilə seminar keçirilib
Əmək qanunvericiliynə əməl edilməsi və əməyin mühafizəsi əhalinin sosial müdafiəsinin prioritet istiqamətlərindəndir. Dünən Sumqayıt şəhərində və Xızı rayonunda fəaliyyət göstərən 60-dək dövlət və özəl tibb müəssisələrinin rəhbərləri, məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının, digər dövlət idarələrinin və aidiyyatı təşkilatların nümayəndələri iştirakı ilə Seminar-müşavirə keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində Turan-a bildiriblər ki, nazirliyin 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Şəfa Əliyev əməyin tibbi-sosial mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplərdən danışıb. Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyev layiqli əməyin təminatı, vətəndaşların əmək hüquqları, əməyin tibbi-sosial mühafizəsi barədə ətraflı məlumatlar verib.
Özəl sahibkarlıq subyektləri əhalinin savadsızlığı və bazardakı vəziyyətdən (az maaş, gənclər və qadınlar arasında işsizlik) istifadə edib fərdi əmək müqavilələrindən, uniforma və ayaqqabı təminatından boyun qaçırır. Bir çox işçilər məzuniyyət, əlavə işə görə əmək haqqı, 41 saatlıq iş günü və s-dən istifadə edə bilmir. Bu tələblər iş yerinin itirilməsi ilə nəticələnə bilər. 08D
-
- İqtisadiyyat
- 6 İyun 2013 15:42
-
- İqtisadiyyat
- 6 İyun 2013 15:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz