Qeyri-şəffaf birjadankənar bazarın inkişafına yaşıl işıq
Bakı Fond Birjası 30 aprel-31 may üçün investisiya qiymətli kağızlarla birjadankənar əməliyyatlar barədə məlumat açıqlayıb. Burdan müəyyən strukturların bu qeyri-şəffaf bazar platformasında sabitliyə kömək etdiyi görünür.
Deyilən dövrdə birjadankənar fond bazarında 9 862,7 min manatlıq əqdlər qeydiyyata alınıb. Bu, BFB-də 5 aylıq təkrar səhm bazarının həcmindən 2,4 dəfə çoxdur. Birjanın məlumatına görə, bu ilin mayında maliyyə institutları 7 229,4 min manatlıq, sənaye şirkətləri 1 616,2 min manatlıq, iqtisadiyyatın başqa sahələri 517,1 min manatlıq əqd bağlayıb. Bütün əməliyyatlar qiymətli kağızların nominal qiyməti ilə olub.
2012-ci ilin martından BFB birjadankənar bazarda konkret əqdlər üzrə məlumatları gizləyir. «Adlı investisiya qiymətli kağızların alqı-satqısı haqqında əqd bağlanması qaydaları»na əsasən, BFB konkret tərəflər istisna, birjadankənar əqdlərin bütün aspektlərini açıqlamalıdır. Bundan başqa, birjadankənar platforma insayder əqdlərinin sevimli yeridir. Orda QKDK-nın normativ aktlarına (dekabr 2012) zidd olaraq əqdlər açıqlanmır. Turan müxbirinin «Niyə QKDK informasiya açıqlığı tələbinin birja tərəfindən pozulmasına nəzarət etmir?» sualına cavab olaraq, QKDK sədri Rüfət Aslanlı bildirib ki, «BFB saytında çoxlu informasiya tapmaq olar». 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz