A-Qroupun aktivləri 20 mln manata çatıb
«A-Qroup» ötən maliyyə ilinə yekun vurub.
Şirkətin gəlirləri 13 mln 477,8 min manat olub. Bunun çoxu sığorta mükafatlarıdır - 12 mln 549,08 min manat, təkrarsığorta üzrə komisyon - 214,8 min manat, investisiya gəlirləri - 765,22 min manat təşkil edib.
Xərclər 11 mln 165,23 min manat olub. Bunun 7 mln 401,98 min manatı sığorta ödənişləridir. Fəaliyyət üçün 1 mln 851,14 min manat xərclənib.
Xalis mənfəət 4,3% azalaraq 1 mln 850,05 min olub. Sığorta ehtiyatları 787,15 min manat azalıb.
Ötən il şirkətin aktivləri 9,4% artaraq 20 mln 500,81 min manat, xüsusi kapitalı 21,6% artaraq 10 mln 162,12 min manat, öhdəlikləri 0,6% azalaraq 10 mln 338,69 min manat olub. Nizamnamə kapitalı 35,3% -artaraq 7 mln 308,25 min manat, depozitlər 12,7% artaraq 11 mln 240,42 min manat olub. --17D—
-
- Siyasət
- 13 Mart 2015 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz