Accessbank AYİB-in dəstəyi ilə Azərbaycanda enerji səmərəliliyi layihəsi həyata keçirir
Bu gün “Accessbank” Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə 4,2 milyon dollar məbləğində kredit sazişi imzalayıb. Bu vəsait ümumi sahəsi 9840 kvadratmetr olan baş ofisin yenidən qurulmasına sərf ediləcək.
AYİB layihənin yalnız 30 faizini maliyyələşdirəcək. Qalan hissəni bank özü qoyacaq. Yenidənqurma işlərindən sonra aşağı səviyyəli enerji istehlakı sistemi ilə təchiz edilmiş və Azərbaycanda ilk belə layihə hesab edilən “yaşıl ofislər”i “Accessbank” öz baş ofisində çalışan əməkdaşlarının ixtiyarına verəcək.
Sistem əvvəlki nəsil sistemlər ilə müqayisədə enerjiyə 42 faiz qənaət etməyə imkan verəcək.
Kreditin ayrılması AYİB-in 2007-ci ilin iyulunda başladığı Qafqaz regionunda enerji səmərəliliyi proqramı çərçivəsində həyata keçirilir. Ona 2007-ci ildə start verilib. Proqram çərçivəsində Azərbaycanda yerli tərəfdaş banklara enerjidən rasional istifadə üçün kredit xətti verilir.
İndiyədək AYİB Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 135 saziş üzrə 1,52 mlrd avro ayırıb. Bərpa olunan enerji və enerji səmərəliliyinə investisiya AYİB-in prioritetlərindəndir. 2012-ci ildə AYİB Azərbaycanda 81 mln avroluq 15 layihəni təsdiq edib.–15D--
-
- İqtisadiyyat
- 7 Mart 2013 13:21
-
- Cəmiyyət
- 7 Mart 2013 14:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz