AccessBank depozitlər üzrə faiz dərəcəsini artırıb
AccessBank yaz kampaniyası elan edib. Onun çərçivəsində fiziki şəxslərin depozitləri üzrə faiz dərəcəsi 2% artırılıb. Kampaniya müddətində manat əmanətləri üzrə maksimal faiz dərəcəsi 12%, ABŞ dolları ilə illik 10% olacaq.
AccessBank-ın pərakəndə bankçılıq və əməliyyat direktoru Anar Həsənov kampaniyanı şərh edərkən deyib: «AccessBank fəaliyyətinin ilk günlərindən istehlakçıların rəyini nəzərə almağa, biznesin inkişafı və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün şərait yaratmağa çalışır. 10 il mövcudluğu dövründə AccessBank müştərilər üçün etibarlı, əlçatan, sabit tərəfdaş olub və ən yaxşı banklar onluğuna düşüb».
AccessBank Əmanətlərin Sığortalanması Fondunun (http://www.adif.az/) üzvüdür və bütün əmanətləri avtomatik olaraq sığortalanır. Fond illik maksimum 12% dərəcəsində olan əmanətləri sığorta edir. Hazırda bankın depozit portfeli 225 mln dollardır. Ötən illə müqayisədə portfeldə 18 mln ABŞ dolları artım olub. Kampaniya 5 aprel 2013-cü ilədək davam edəcək. --15D--
-
- Cəmiyyət
- 6 Mart 2013 13:05
-
- İqtisadiyyat
- 6 Mart 2013 14:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz