DəmirBank kredit şərtlərini sadələşdirib
"DəmirBank" əhaliyə təklif etdiyi müxtəlif istehlak kreditlərinin şərtlərini sadələşdirib. Müştərilər artıq əksər hallarda yalnız şəxsiyyət vəsiqəsi ilə 2000 manatadək nağd pul kreditləri ala bilərlər.
Bankdan verilən məlumata görə, DəmirBank-dan 2000 manatadək kredit almaq üçün zamin və iş yerindən arayış tələb olunmur. 2000 manatdan yuxarı məbləğdə olan kreditlər üçün isə təminat şərtləri sadələşdirilib. Yeni qaydalara əsasən, nağd pul krediti üzrə yalnız 5001 manatdan başlayaraq girov (depozit, avtomobil, qızıl, zinnət əşyaları və s.) tələb olunur.
DəmirBank əhaliyə müxtəlif istehlak kreditləri – “Təhsil işçilərinə kredit”, “Səhiyyə işçilərinə kredit”, “Dövlət qulluqçularına kredit”, “Dövlət işçilərinə kredit”, “Təqaüdçülərə kredit”, “Avtomobil Krediti”, “Qızılla kredit”, “Mebel krediti”, “Məişət texnikası krediti”, “Təmir krediti” və s. təklif edir.—15D--
Rəy yaz
-
- İqtisadiyyat
- 6 Mart 2013 13:32
-
- Cəmiyyət
- 6 Mart 2013 14:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
1 rəy
Ariz
2024-11-08
Kitedit goturmek isdeyirem sertler nedi 1000azn