ADY yükdaşıma şirkəti yaradıb
“Azərbaycan dəmir yolları” QSC yeni “ADY Express” MMC adlı qurum yaradıb.
Şirkət tranzit ölkəsi kimi Azərbaycanın əhəmiyyətinin artması, yük daşımaları sahəsində dünya standartlarına cavab verən xidmətlərə tələbatın artması nəzərə alınaraq yaradılıb, deyə ADY-nin məlumatında bildirilir (http://goo.gl/Lp1uT9).
“ADY Express” Azərbaycandan keçən yeni tranzit yük həcmlərini cəlb etmək üçün ekspeditorlara və böyük yük daşıyıcılarına onlayn xidmətlər təqdim edir.
“ADY Express”in əsas məqsədi logistika xidmətləri sahəsində şəffaf və səmərəli şərait yaratmaq, Avropa, Mərkəzi Asiya, Uzaq Şərq və FarsKörfəzi ölkələrindən Xəzər və Qara Dəniz regionlarından sənaye yükləri həcminin artırılmasıdır.
Fəaliyyətinin ilk dövründəcə “ADY Express” müştərilər üçün vaqonların (yüklərin) izlənməsi xidmətini tətbiq edib. Müştərilər bu xidmətdən istifadə edərək yüklərinin hansı ölkədə olduğu, hansı şəhərin, yaşayış məntəqəsinin ərazisindən və ya stansiyadan keçdiyi haqqında operativ məlumat əldə edə bilərlər. -08D-
-
- Söz istəyirəm
- 10 Avqust 2016 15:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz