«Aqrolizinq» ASC rəhbərləri cəzalandırılıb
İyunun 4-də Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycanda taxıl yığımına həsr olunan iclasında “Aqrolizinq” ASC İdarə Heyətinin sədri Elşən Məmmədova töhmət elan edilib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, İdarə Heyəti sədrinin müavininə şiddətli töhmət, iki şöbə müdirinə töhmət verilib. Həmçinin SC aqroservis müəssisələrinin bəzi rəhbərləri də belə cəzalandırılıb. “Aqrolizinq” ASC-də struktur dəyişikliyinin həyata keçirilməsi barədə qərar qəbul olunub.
Bu il taxıl yığımına fermerlerin mülkiyyətində və lizinqində olan 2400-ə yaxın taxılyığan kombayn, həmçinin “Aqrolizinq” ASC regional aqroservisləri tərəfindən istismar edilən 500 kombayn cəlb edilib.
2016-cı ildə buğda üçün əkin sahəsi 42 min ha artırılaraq 583 min ha təşkil edib. Ümumilikdə, dənli bitkilərin yığılması 927,4 min ha sahədə aparılır.08D
-
- İqtisadiyyat
- 6 İyun 2016 13:09
-
- İqtisadiyyat
- 6 İyun 2016 13:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz