ARDNŞ avtomobil benzini istehsalını müvəqqəti dayandırıb
Dövlət Neft Şirkəti avtomobil benzini istehsalını müvəqqəti dayandırıb. Bu barədə Turan-a ARDNŞ-dəki mənbə bildirib. Daxili bazar idxal hesabına təmin ediləcək.
Buna səbəb H.Əliyev adına NEZ-də qurğuların əsaslı təmirə dayanmasıdır. Hazırda ilkin emal qurğusu, katalitinq riforminq və katalitinq krekinq qurğusu təmir edilir.
ARDNŞ rəhbərliyi ilin əvvəlində H.Əliyev adına NEZ-in təmirə dayanacağını bildirmişdi. Təmir işləri bir il davam edəcək. Qiyməti qorumaq üçün hökumət fevralda idxal benzininin aksizlərinin azaldılması barədə qərar qəbul edib: Ai-92 və Aİ-80 – 2 dəfə, dizel yanacağı 3,2 dəfə, reaktiv mühərrik yağı 7,6 dəfə, nafta 5,4 dəfə, maye qaz 3 dəfə, mühərrik yağı (DT-36) 7 dəfə, mühərrik yağı (DT-20) 5,2 dəfə, soba mazutu 49 dəfə və bitum (BN-60/90, BNB-60/70) 16,4 dəfə.
H.Əliyev adına NEZ-in qurğuları istismara veriləndən sonra neft emalı ixracı dayandırılacaq.–12A--
-
- Cəmiyyət
- 4 Aprel 2014 12:05
-
- İqtisadiyyat
- 4 Aprel 2014 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz