- İqtisadiyyat
- 6 Fevral 2014, 12:06
- 236
ARDNŞ əməkdaşı su anbarında batıb
“Nərimanovneft” NQÇİ əməkdaşı xidməti vəzifəsini icra edərkən həlak olub. Bu barədə Turan-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, işçi Həbi Hüseynov su anbarına düşüb və boğulub. “Neftçilərin xidməti vəzifəsini icra edərkən həlak olması bir daha göstərir ki, ARDNŞ-də təhlükəsizlik qaydalarına lazımi diqqət yetirilmir. Əks təqdirdə ötən il şirkətin strukturlarında 5 nəfər həlak olmazdı”, - deyə Qəhrəmanlı bildirib.
Qeyd edək ki, neftçinin həlak olmasını DİN-də də təsdiq ediblər və bildiriblər ki, hadisə 4 fevralda olub. –12В--
-
- Dünyada
- 6 Fevral 2014 12:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz