ARDNŞ-nin kommersiya əqdinin vəsaitini dövlət ödəyəcək
ARDNŞ-nin bu ilin iyununda tenderdə aldığı DESFA qazpaylayıcı şirkətinin aktivlərinin pulu Yunanıstan tərəfinə dövlət vəsaiti hesabına ödəniləcək. Bu barədə jurnalistlərə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvü olan şirkətlərin görüşü zamanı məlumat verib.
Qasımov izah edib ki, DESFA-nın aktivlərinin 400 mln avroya alınması ARDNŞ-nin nizamnamə kapitalının artırılması yolu ilə təmin ediləcək.
ARDNŞ hesab edir ki, DESFA çox cəlbedici və mənfəətli şirkətdir və qoyulan vəsait dövlət xəzinəsinə əlavə vəsait gətirəcək.
DESFA qazpaylayıcı şirkətinin aktivlərinin 66%-nin ARDNŞ-yə verilməsi barədə Avropa Komissiyasının yekun qərarı 2014-cü ilin II rübündə qəbul ediləcək..
ARDNŞ səhmlərin 66%-i üçün (səhmlərin 31%-i Dövlət Özəlləşdirmə Fonduna, 35%-i "Hellenic Petroleum" şirkətinə məxsusdur) 400 mln avro təklif edib. --12C--
-
- İqtisadiyyat
- 17 Sentyabr 2013 15:42
-
- Cəmiyyət
- 17 Sentyabr 2013 16:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz