- İqtisadiyyat
- 10 İyul 2013, 16:44
- 167
ARDNŞ TAP layihəsində 20% alacaq
ARDNŞ prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə “Şahdəniz” layihəsinin əsas iştirakçılarının Transadriatik layihəsinə (ТАР) pay iştirakı barədə məlumat verib. Qeyd edək ki, 9 avqust 2012-ci il tarixli sazişə əsasən, “Şahdəniz” konsorsiumu ТАР layihəsini əsas marşrut kimi seçsə, boru kəməri konsorsiumunun səhmlərinin yarısı ARDNŞ, BP və Total-ın nəzarətinə keçəcək .
Abdullayevin sözlərinə görə, ARDNŞ və BP hərəsi 20%, Total 10% pay alacaq. O, əlavə edib ki, hazırda bu prosesin rəsmiləşdirilməsi üzrə işlər aparılır.
Əvvəllər ТАР təmsilçisi bəyan edib ki, yeni iştirakçıların konsorsiuma daxil olması marşrut seçimindən 30 gün sonra başa çatacaq.
R,Abdullayev deyib ki, "Şahdəniz" yatağının işlənməsi üzrə tərəfdaşlar ilin sonuna kimi Azərbaycan qazının Avropaya tədarükü çərçivəsində bütün saziş və müqavilələri razılaşdıracaq və imzalayacaq ki, bu da 2013-cü ilin sonunda "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi layihəsi üzrə son maliyyə qərarını qəbul etməyə imkan verəcək.
Onun sözlərinə görə, artıq alıcılardan qaz üçün təsdiq olunan qiymətlər alınıb, o cümlədən müqavilələr üzərində işlər gedir.
TAP-ın səhmdarları İsveçrənin AXPO (42,5%), Norveçin Statoil (42,5%), Almaniyanın E.ON Ruhrgas (15%) şirkətləridir. Əvvəllər Qərb mənbələri məlumat verib ki, “Şahdəniz” layihəsinin əsas iştirakçılarına 50% pay vermək üçün boru kəməri konsorsiumuna daxil olan şirkətlər paylarını yarıyacan azaltmalıdırlar. --12В—
-
- İqtisadiyyat
- 10 İyul 2013 16:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz