Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxmaq istəyir
Asiya İnkişaf Bankı Azərbaycanda istiqraz buraxmaq niyyətindədir.
Bu barədə Asiya İnkişaf Bankının nümayəndə heyətinin rəhbəri Pier Van Peteghem Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ilə görüşündə bildirib.
AİB rəhbəri deyib ki, bank ölkədə gedən sosial-iqtisadi inkişaf tendensiyasını diqqətlə izləyir və AİB-in Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına yeni töhfə vermək niyyətindədir. Bu məqsədlə QKDK və aidiyyəti qurumlarla əməkdaşlıq ediləcək.
Görüşdə təqaüd fondları, sığorta şirkətləri və maliyyə institutları daxil olmaqla, yerli və xarici institusional investorların sözügedən istiqrazlara investisiya qoyuluşunda iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb.
İstiqrazların həcmi və müddəti barədə məlumat verilmir.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda korporativ istiqrazlar bazarı üç dəfə artaraq 3,5 mlrd manat təşkil edib. Onlar illik 3-14%-lə yerləşdirilir. 08D
-
- Cəmiyyət
- 7 May 2015 14:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz