«AtaSığorta»nın uğuru AVSMMİS ilə bağlıdır
«AtaSığorta» şirkəti yanvar-iyulda 7,08 mln mükafat yığıb.
Şirkətin rəhbərliyində deyiblər ki, ilkin məlumata görə, mükafatların 43%-i avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (yeni AVSMMİS) üzrədir. Bu, ötən ilin eyni dövründəkindən 2,3 dəfə, bütün ötən ildəkindən 28,6% çoxdur.
Yanvar-iyulda şirkətin sığorta ödənişləri 1,49 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 42% çoxdur. Könüllü növlər üzrə 1,37 mln manat, icbari növlər üzrə 127 min manat ödəniş olub.
“AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir. Şirkətin yeganə təsisçisi “AtaHoldinq” ASC-dir. Nizamnamə kapitalı 5,6 mln manat təşkil edir.
“AtaSığorta” şirkətinin Bakı və Şəmkir filialları var və şirkət 27 növ üzrə sığorta xidməti təqdim edir. --17D--
-
- İqtisadiyyat
- 16 Avqust 2012 14:50
-
- Cəmiyyət
- 16 Avqust 2012 15:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz