Azərbaycanda rəsmi işsizlik 5,59%-ə düşüb
Dövlət Statistika Komitəsi 2012-ci ilin I yarısında Azərbaycanda işsizlik səviyyəsi barədə məlumatları açıqlayıb. Rəsmi işsizlik səviyyəsi ilin əvvəli ilə müqayisədə 0.14% azalaraq 5,59% olub. Ekspertlər Beynəlxalq Əmək Təşkilatının metodologiyası ilə hazırlanan bu rəqəmlərə inanmır.
DSK-ya görə, iyulun əvvəli üçün işsiz sayı 245,5 min nəfər olub. Bu, 1 il öncəkindən 10 min nəfər azdır. «İqtisadi Resursların Öyrənilməsi» İB-nin sədri Ruslan Atakişiyev Turan-a deyib ki, bu məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətinə müraciətlər əsasında formalaşır. Amma məlumdur ki, vətəndaşlar az maaşlı iş təklif edən bu strukturlara həvəssiz gedir. Ekspertin fikrincə, işsizliyin passiv səviyyəsi deyiləndən 2-3 dəfə çoxdur.
Dövlət Statistika Komitəsi aqrar islahat zamanı tropaq alan şəxsləri işsiz saymır. Amma bu insanların bir hissəsi obyektiv səbəblərdən (maliyyə, texniki vasitə yoxluğu, sahənin uzaqda olması və s.) torpağı becərə bilmir. 08B
-
- İqtisadiyyat
- 16 Avqust 2012 14:38
-
- İqtisadiyyat
- 16 Avqust 2012 14:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz