Beş şəhərin baş planının hazırlanması üzrə müqavilə bağlanılıb
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 5 şəhərin baş planının hazırlanması üzrə müqavilə bağlayıb.
DŞAK-da Turan-a deyiblər ki, baş planlar şəhərlərin müfəssəl planlaşdırma layihəsi ilə birlikdə tərtib ediləcək. Layihə şirkətləri tenderlə müəyyən edilib. Hacıqabulun baş planı üzrə müqavilə “Azix” MMC, Siyəzən üzrə “Renesans Studio” MMC, Yardımlı üzrə “En&En” MMC, Zərdab üzrə “Arxin-M ltd” MMC və Zaqatala üzrə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə bağlanılıb.
Azərbaycanda 77 şəhər var. Onlardan 11-i ermənilər işğal edib. 2009-2011-ci illərdə 12 şəhərin baş planı təsdiq olunub. Martda Şəki şəhərinin baş planı üzrə iş başa çatıb. Yaxın vaxtlarda onu Nazirlər Kabinetinə göndərəcəklər. İlin sonu üçün Gəncə, Xırdalan və Sumqayıtın baş planlarının işlənməsi başa çatmalıdır. 08B
-
- İqtisadiyyat
- 16 Avqust 2012 14:32
-
- İqtisadiyyat
- 16 Avqust 2012 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz