Bakı/12.09.17/Turan: Dövlət Gömrük Komitəsi (DGK) bu ilin avqustunda dövlət büdcəsinə 280,1 mln. manatın köçürülməsini təmin edib. Ötən illərin təhlili göstərir ki, bu, idxal-ixrac əməliyyatları üzrə ən yüksək göstəricidir.
DGK 2016-cı ilin avqustunda 244 mln. manat həcmində gömrük vergisi və rüsum yığıb. Əvvəlki fiskal rekord bu ilin iyulunda müəyyən edilib - 256,6 mln. manat.
Sentyabrın 1-nə olan vəziyyətə görə, xarici ticarət subyektləri tərəfindən dövlət büdcəsinə 1,7 mlrd. manat köçürülüb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 19,7% çoxdur.
İqtisadçı Samir Əliyev hesab edir ki, dövlət büdəsinə gömrük daxilolmalarının artımının səbəbini gömrük-keçid məntəqələrində idxal prosedurunun sadələşdirilməsi və idxalın əvvəlki illərlə müqayisədə daha dəqiq uçota alınması ilə əlaqələndirmək olar.
Onun fikrincə, artım əsasən gömrük rüsumları və idxal mallarına tətbiq edilən ƏDV-nin əhəmiyyətli artması hesabına baş verib. Digər vergilər (aksiz və yol vergiləri) üzrə isə əksinə azalma baş verib.
"2016-cı ildən başlayaraq idxal prosedurun sadələşdirilməsi və idxalın daha dəqiq uçota alınması müşahidə olunur. Əvvəlki illərdə idxalın müəyyən hissəsi ölkəyə qeyri-rəsmi daxil olurdu. Bundan başqa digər amillər də var ki, onlar az da olsa gömrük yığımını artırıb.
Bunlardan biri Nazirlər Kabinetinin 2016-cı ilin sonunda bəzi mal qrupları üzrə (meyvə, tərəvəz, içkilər və s.) idxal rüsumunu 2 il müddətinə artırması ilə bağlıdır.
Dövlət büdəsinə əsasən 2017-ci ildə DGK-nın xəttilə 2 mlrd. 300 mln. manat yığmaq planlaşdırılır ki, bu da əvvəlki ildə olduğundan 100 mln. manat çoxdur.--08B--
Rəy yaz