Avqustda MDM-də dövriyyə 5,2% azalıb
Milli Depozit Mərkəzi bu ilin avqustunda korporativ qiymətli kağızlarla qeydiyyata alınan birja və birjadankənar əqdlər barədə məlumat yayıb. Məlumata əsasən, qeyri-mütəşəkkil bazarda əqdlərin orta həcmi ay ərzində 34,8% artaraq 145,2 min manata çatıb.
Avqustda birjadankənar bazarda 19 əqd qeydiyyata alınıb. Onların orta həcmi 2 757,min manat olub. İyulla müqayisədə əqd sayı 8 vahid, məbləğ 150 min manat azalıb.
MDM-in məlumatına görə, korporativ qiymətli kağızların təkrar dövriyyəsinin qeydiyyata alınan həcmi 104 352,7 min manat olub. Bunun 332,5 mini və ya 0,31%-i səhmlərin birja dövriyyəsinin payına düşür (BFB-nin məlumatı).
Korporativ qiymətli kağızların yerləşdirmə həcmi 78,5 mln manat təşkil edib. İyulla müqayisədə azalma 38,2%-dir.
Bakı Fond Birjası əvvəlkitək konkret birja əqdləri barədə məlumatı gizləyir. QKDK-nın qaydalarına əsasən, birja onları depozitardan məlumat alandan sonra bir gün ərzində yerləşdirməlidir. Qanunvericiliyə zidd olaraq, Azərbaycanda insayder əqdləri barədə məlumat açıqlanmır.
Avqustda MDM-də qeydiyyata alınan korporativ qiymətli kağızlarla əqdlər cəmi 183,8 mln manat olub. Bu, iyuldakından 5,2% azdır. 08D
-
- İqtisadiyyat
- 17 Sentyabr 2013 17:03
-
- Siyasət
- 17 Sentyabr 2013 17:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz