Metroda sərnişin axını 2009-cu ilin səviyyəsinə çatmır
2013-cü ilin I yarısında Bakı Metropoliteni ilə sərnişin daşımaları gəlirləri 21 715,2 min manat olub. Bu, ötən ilin eyni dövründəkindən 4,8% çoxdur. Metroda sərnişin daşımaları 4,4% artıb.
Dövlətstatkoma görə, ilin I yarısında metronun saxlanma xərcləri +24,1% artaraq 57 844,8 min manat təşkil edib.
Metropoliten İdarəsinin məlumatına görə, yanvar-iyunda metro ilə 104,2 mln sərnişin daşınıb.
Bu ilin 8 ayında metrodan 133,8 mın sərnişin istifadə edib. Bu, ötən ilin eyni dövründəkindən 7,1 mln nəfər və ya 5,6% çoxdur.
2009-cu ildə metroda gediş haqqı 5 qəpikdən 15 qəpiyə artırılandan sonra Metropoliten İdarəsi sərnişin axını barədə maraqlı rəqəmlər açıqladı. Rəsmi məlumata görə, 2010-cu ildə metroda sərnişin axını 12,2% azalıb. Əgər 2009-cu ildə metrodan hər ay 17 175 min nəfər istifadə edibsə, 2012-ci ildə bu göstərici 16,3 mln, 2013-cü ildə 16 731 min nəfər olub.
2008-2013-cü illərdə büdcədən Bakı Metropoliteninə 1,2 mlrd manat, o cümlədən bu il 390 mln amant ayrılıb. Bu illərdə 3 stansiya istismara verilib. 2014-cü ilin əvvəlində 2 stansiya təhvil veriləcək. 08B
-
- İqtisadiyyat
- 17 Sentyabr 2013 16:27
-
- İqtisadiyyat
- 17 Sentyabr 2013 17:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz