AXA MBASK-ın yanğın üzrə ilk ödənişi
AXA MBASK sığorta şirkəti daşınmaz əmlakın yanğından icbari sığortası üzrə ilk ödəniş edib.
Şirkətin press-relizində deyilir ki, Bakıda mənzilin yanması ilə əlaqədar 15 min 075 manat sığorta ödənişi edilib.
İlin əvvəlindən daşınmaz əmlakın icbari sığortası üzrə şirkət 150 min manat ödəniş edib.
İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə on line rejimində buraxılır.
İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.
AXA MBASK sığorta şirkəti yerli bazarda 1992-ci ildən fəaliyyət göstərir və 25 könüllü, 4 icbari sığorta növü üzrə xidmət edir.
Ödənilmiş nizamnamə fondu 6,74 mln manatdır.
"MBASK"ın ölkədə 5 filial və təmsilçiliyi var. 2010-cu ilin oktyabrında MBASK əsas səhmdarını dəyişib. Şirkətin səhm nəzarət paketini (51%) AXA Group (Fransa) öz törəmə şirkəti AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) vasitəsilə alıb.
7 dekabr 2010-cu ildə MBASK-ın lisenziyası adının AXA MBASK-a dəyişməsi ilə bağlı yenilənib. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz