AXA Mbask nizamnamə kapitalını artırıb

«AXA Mbask» sığorta şirkəti 3 mln 228 manat əlavə səhm emissiyası yerləşdirib. Nəticədə nizamnamə kapitalı 19 mln 733,74 min manata çatıb.

Artım 17,9% təşkil edib. Əlavə emissiya nominalı  382 manat olan 7 min 854 səhmdən ibarətdir.

 «AXA Mbask» 1992-ci ildə yaradılıb. Səhmləri 100% «AXA Seguros Generales, S.A., De Seguros YReaseguros» şirkətinə məxsusdur. Üç rübdə mükafatları 13 mln 612,25 min manat, ödənişləri 8 mln 310,96 min manat olub. --17D—

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti