![DekaBankın hesabatı](https://turan.az/resized/./turan-750-500-resize.webp)
DekaBankın hesabatı
«DekaBank» ASC-nin oktyabrın 1-i üçün öhdəlikləri 115 mln 710,58 min manat (ilin əvvəlinə nisbətən 3,5 dəfə) olub. Kredit portfeli də bu qədər artaraq 171 mln 642 min manata çatıb.
Bankın aktivləri 2,8 dəfə artaraq 181 mln 534,32 min manat, depozitləri 7 mln 176,18 min manat (+29,1%), o cümlədən əhalinin əmanətləri 5 mln 714,3 min təşkil edib.
Məcmu kapital 2,36 dəfə artaraq 65 mln 823,7 min manat, nizamnamə kapitalı 52 mln 767 min manatdır.
Bank mənfəətlə işləyib (+6 mln 894,78 min manat).
«DekaBank» ASC 1989-cu ildə yaradılıb. Təsisçiləri 9 fiziki şəxsdir. --17D—
-
- Siyasət
- 24 Noyabr 2015 14:26
-
- İqtisadiyyat
- 24 Noyabr 2015 14:39
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Rəy yaz