AZAL Londona gündəlik uçuşlar təşkil edir
AZAL dövlət aviasiya şirkəti Bakıdan Londona reyslərin sayının artırıldığını bildirib.
Şirkətin məlumatında deyilir ki, oktyabrın 30-dan etibarən uçuşlar hər gün həyata keçiriləcək (hazırda həftədə beş dəfə).
Şənbə günləri Bakıdan uçuş saat 18:25-də həyata keçiriləcək, Hitrou aeroportuna eniş isə yerli vaxtla saat 20:25-də olacaq. Londondan Bakıya uçuş saat 21:50-də, Bakıya eniş Bakı vaxtı ilə 07:20-də olacaq.
Qalan günlər Bakıdan uçuş 19:05, Londona eniş 21:05; Londondan uçuş 22:05, Bakıya eniş yerli vaxtla 07:35-də olacaq.
Uçuşlar ekonom, Comfort-klub və VİP-klub sinfinə aid üç salonla təchiz edilmiş Boeing-787 Dreamliner layneri ilə həyata keçirilir.
Qiymətlər və bilet əldə edilməsi haqqında məluamtı (+99412) 598-88-80 telefon nömrəsindən və ya callcenter@azal.az email ünvanından əldə etmək olar. -02D-
-
- Cəmiyyət
- 11 Oktyabr 2016 15:43
-
- İqtisadiyyat
- 11 Oktyabr 2016 16:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz