AZAL martın 1-nə qədər Moskvadan aviabiletlərə endirim edir
Azərbaycan Hava Yolları (AZAL) QSC Moskvadan Bakıya uçuşlara bağlı yeni aksiyasını elan edib.
"Budget" tarifi üzrə fevralın 9-dan martın 1-nə qədər alınan Moskva-Bakı aviabiletinin qiyməti 69 avro, Moskva-Bakı-Moskva istiqaməti üzrə isə 158 avro təşkil edəcək. Qiymətə bütün vergilər və rüsumlar daxildir.
Moskvadan Bakıya AZAL reysləri hər gün beynəlxalq "Domodedovo" və "Vnukovo" aeroportlarından həyata keçirilir.
Qeyd edək ki, Budget tarifi üzrə Bakı-Moskva aviabiletinin qiyməti 89 avro, Bakı-Moskva-Bakı istiqaməti üzrə isə 129 avro təşkil edir. -06D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz