Energetika dünyası tarazlıq gözləyir
Yaxın 20 ildə energetikada bərpa edilən enerji və qazın payı artacaq, deyə ВР-nin baş iqtisadçısı Spenser Deyl hesab edir. Kömürə tələbat azalacaq, neftə tələbat isə maınların artması ilə bağlı yüksələ bilər, ВР-nin baş iqtisadçısı Spenser Deyl Financial Times-də yazır.
Deyl neftin perpektivini birmənalı hesab etmir, amma ekspertə görə, ona tələbat qarşıdakı 20 ildə avtoparkın iki dəfə artımı ilə qarantiya alacaq.
Kömürə tələbat kəskin azalacaq, çünki əsas istehlakçı olan Çin karbohidrogen enerji daşıyıcılarından az asılı artım sxeminə keçəcək.
Yaxın on ildə enerji daşıyıcılarına tələbat artacaq. Qlobal iqtisadiyyatın genişlənməsi ilə əlaqədar iqtisadi aktivliyin artması üçün daha çox enerjiyə ehtiyac yaranır, deyə ВР nümayəndəsi qeyd edir.
Neft bazarına gəlincə, Deyl təklifin azalması fonunda tələbatın artacağını gözləyir. O, hesab edir ki, ABŞ-da şist neftinin hasilatı ötən il pik həddinə çatdı və bir il ərzində azalmağa doğru gedəcək.
Bu tendensiyalar və İran tədarükünün artması nəzərə alınsa, ilin ikinci yarısında neft bazarında tarazalıq yarana bilər, deyə Deyl yazır. Amma ehtiyatların ifrat çoxluğu qalacaq və ondan qurtulmaq üçün vaxt lazımdır. Nəticədə ilin sonu üçün bazarda trendin dəyişməsi əlaməti yarana bilər, deyə Deyl qeyd edir. –0--
-
- Cəmiyyət
- 9 Fevral 2016 17:16
-
- İqtisadiyyat
- 9 Fevral 2016 18:17
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz