AZAL Pekinə uçuşları dayandırıb
«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Pekin-Bakı aviareysi ilə uçuşları dayandırıb.
Şirkətin saytında bildirilir ki (http://www.azal.az/ru/news-view/83), Bakı-Pekin birbaşa reysinin açılması bu günə planlaşdırılıb.
" Pekinə yeni uçuşlara başlayan bütün aviaşirkətlərin qarşısına qoyulmuş yeni tələblərlə əlaqədar, AZAL-ın Bakı-Pekin-Bakı marşrutu üzrə planlaşdırılan aviareysi müvəqqəti olaraq ləğv olunur: «Məsələnin həlli üçün Çinin müvafiq strukturları ilə son ana qədər danışıqlar aparılıb, lakin çoxsaylı yeni tələblərin həlli üçün zamanın məhdudluğu bu reysin yerinə yetirilməsini mümkünsüz edib», deyə məlumatda qeyd olunur. Bütün müvafiq rəsmiləşdirmələr həll olunduqdan sonra reyslərə başlanacaq və bu barədə AZAL tərəfindən məlumat veriləcək.
«AZAL-ın Bakı-Pekin-Bakı reysinə aviabilet əldə etmiş bütün sərnişinlərinə biletin tam dəyərinin geri qaytarılması imkanı veriləcək və ya Pekinə və geri başqa marşrutlar üzrə aviabilet təqdim olunacaq», - deyə aviaşirkətin məlumatında bildirilir. --17D—
-
- İqtisadiyyat
- 10 May 2013 16:41
-
- Cəmiyyət
- 10 May 2013 16:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz