Azərbaycan banklarının aktivləri iyunda 0,3% azalıb
Bu ilin iyununda Azərbaycan banklarının məcmu aktivləri 42,14 mln manat və ya 0,3% azalaraq 14778,79 mln manat olub. İlin əvvəlindən bank aktivləri 5,9%, illik müddətdə 1637,7 mln manat və ya 12,5% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2012-ci il iyulun 1-i üçün banklarda nağd pul 619,6 mln manat, müxbir hesablarında vəsait 1062,4 mln manat, maliyyə sektorunun kreditləşməsi 647,2 mln manat, müştəri kreditləşməsi 9642,4 mln manat, investisiya həcmi 1294,6 mln manat, başqa aktivlər 1512,6 mln manat olub.
Bank öhdəlikləri hesabat dövründə 78,2 mln manat və ya 0,6% azalaraq 12555,58 mln manat olub. Bundan 6823,1 mln manatı depozitlər, 4539,9 mln manatı maliyyə sektoruna verilən vəsaitlər və 1192,5 mln manatı başqa öhdəliklər təşkil edib.
Bankların ümumi kapitalı il ərzində 46 mln və ya 2,1% azalıb, iyunda isə 36 mln manat və ya 1,6 % artaraq 2223,2 mln manat ($2,83 mlrd) olub. --15B--
-
- İqtisadiyyat
- 16 Avqust 2012 15:39
-
- İqtisadiyyat
- 16 Avqust 2012 16:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz