İlk altı ayda banklar 6 yeni filial açıblar
İlin I yarısında Abşeron iqtisadi rayonunda lisenziyalı bank filialı sayı 2 vahid artaraq 379-a çatıb. O, ən sıx bank filialları regionu statusunu qoruyub. Filialların 56,4%-i onun payına düşür.
Mərkəzi Bankın məlumatına görə, hesabat dövründə 10 iqtisadi rayondan 3-də yeni filaillar açılıb.
Sıxlıq cəhətdən Abşeron iqtisadi rayonundan sonra Aran iqtisadi rayonu - 91 (ilin əvvəlindən dəyişməyib), Gəncə-Qazax iqtisadi rayonu – 69 (+3), Lənkəran iqtisadi rayonu- 38 (0), Quba-Xaçmaz iqtisadi rayonu- 36 (0), Şəki-Zaqatala iqtisadi rayonu- 30 (+1), Dağlıq-Şirvan iqtisadi rayonu– 14 (0), Naxçıvan iqtisadi rayonu– 11 (0), Yuxarı Qarabağ iqtisadi rayonu– 4 (0) gəlir. Kəlbəcər-Laçın Abşeron iqtisadi rayonunda bank filialları yoxdur.
1 iyul 2012-ci il üçün bank filiallarının ümumi sayı 672-yə çatıb. Yarım ildə o, 6 vahid artıb. --15В--
-
- Cəmiyyət
- 16 Avqust 2012 15:16
-
- İqtisadiyyat
- 16 Avqust 2012 16:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz