Azərbaycan banklarının məcmu kapitalı avqustda 5 faiz artıb
Bu ilin avqustunda Azərbaycan banklarının məcmu aktivləri 535,3 mln manat və ya 3,6% artaraq 15513,9 mln manat olub. İlin əvvəlindən bank aktivləri 11,2%, illik müddətdə 16,6% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2012-ci il sentyabrın 1-i üçün kredit qoyuluşları 10846,6 mln manat olub. Hesabat dövründə artım 3,2% təşkil edib. Son ildə iqtisadiyyatın kreditləşməsi 16,7% artıb.
Banklarda əhalinin əmanətləri avqustda 37,4 mln manat və ya 1,1% artaraq 4462,6 mln manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 8,3%, 12 ayda 22% artıb.
Bankların ümumi kapitalı hesabat ayında 106,9 mln manat və ya 5% artaraq 2237,5 mln manat olub. İl ərzində bu göstərici 201,4 mln manat və ya 9,9% artıb. --15B--
-
- Siyasət
- 4 Oktyabr 2012 15:18
-
- İqtisadiyyat
- 4 Oktyabr 2012 15:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz