Azərbaycan Hesablama Palatasının kollegiya iclası olub
Azərbaycan Hesablama Palatası 4 sentyabrda Kollegiya iclasında Şirvan və Sabirabad rayonlarında mədəniyyət və səhiyyə təşkilatlarında dövlət vəsaitlərinin istifadəsi üzrə yoxlamaların nəticəsini təsdiq edib.
“Şirvan Regional Elektrik” və BTRİB Nizami rayon qovşağında Kollegiyanın diqqətində olub.
Bundan başqa, Nazçıvan MR İcra Hakimiyyəti, Alternativ və Bərpa Olunan Enerji Mənbələri, DSMF Saatlı və Göyçay şöbələrinin gəlir və xərcləri də analiz ediləcək.
Palata BMT-dəki Azərbaycan nümayəndəliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin audit proqramı təqdiq edilib.
Hesablama Palatası 7 dekabr 2001-ci ildən fəaliyyət göstərir və büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edir. Rəhbər işçilər (kollegiya üzvləri – sədr, müavinləri və 7 auditor) 7 ildə bir dəfə seçilir.
Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir.
“İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir. --17D—
-
- Söz istəyirəm
- 9 Sentyabr 2013 14:23
-
- Söz istəyirəm
- 9 Sentyabr 2013 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz