Azərbaycan iqtisadiyyatına xarici investisiyalar
18 ildə (1995-2013) Azərbaycan iqtisadiyyatına xarici investisiyalar $83,8 mlrd olub. Bunun 58,2%-i neft sektorunun payına düşür.
Əsas investorlar Böyük Britaniya ($18 mlrd), ABŞ ($7 mlrd) və Yaponiyadır - $4 mlrd. Qeyri-neft sektoruna türklər 26%, britaniyalılar 16%, ABŞ 12% vəsait qoyub.
Azərbaycanda xarici kapitallı 6 min 857 şirkət var. Bunun 36%-i türk, 8,3%-i rus, 7,8%-i britaniya kapitallıdır. Xarici şirkətlər podrat işinə aktiv cəlb edilir. Türkiyə şirkətləri Azərbaycanda 153 layihə üzrə $10,4 mlrd-lıq, Çexiya şirkətləri 6 layihə üzrə $2 mlrd-lıq, Fransa şirkətləri 22 layihə üzrə $1,8 mlrd-lıq iş görüblər.
Yerli şirkətlər isə Türkiyə, Gürcüstan, RF, Çernoqoriya, Serbiya və s ölkələrə investisiya qoyub. –17D—
-
- İqtisadiyyat
- 22 İyul 2014 12:00
-
- Cəmiyyət
- 22 İyul 2014 12:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz