Spirtli içki istehsalı azalır, idxal artır
Azərbaycana spirtli içki idxalı artır. Ötən il iyulun 1-i üçün ölkəyə $31,3 mln, bu il $33,4 mln məbləğində spirtli içki idxal edilib, - deyə İqtisadi Tədqiqatlar Mərkəzində Turan-a bildiriblər.
Dövlətstatkoma görə, ilin I yarısında bu məhsulun istehsalı 2,7% azalıb. Şampan istehsalında azalma 53,9% olub (satışa 4,1 min dekalitr çıxarılıb). Likör istehsalı 31,4 min dekalitr (mənfi 38,4%), araq 319 min dekalitr (mənfi 25,9%) olub. Pivə istehsalında (2 mln 650,8 min dekalitr) 18,7% azalma var. Yalnız şərab istehsalında 11,8% artım olub - mütləq rəqəmlərlə 298,8 min dekalitr.
İTM eksperti Vahid Məhərrəmov hesab edir ki, bu sahədə rəqabət qabiliyyəti yoxdur. Məhsulun keyfiyyəti Rusiya analoqlarından geri qalır. Bu, göstəricilərdən də görünür. 2011-ci ildə Azərbaycana işki idxalı $ 15 mln, 2013-cü ildə $30 mln məbləğində olub, deyə o bildirib. --17D—
-
- İqtisadiyyat
- 22 İyul 2014 11:58
-
- İqtisadiyyat
- 22 İyul 2014 12:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz