Tikinti materialları istehsalı 16,8% artıb
Əsas kapitala investisiya artımı tikinti materialları bazarında tələbat yaradır. Bu ilin I yarısında burda istehsal 16,8% artıb.
Dövlətstatkomun məlumatına görə, ilin əvvəlindən tikinti materialları istehsalının həcmi 194,7 mln manat olub. Bunun çoxu ementin payına düşür. Sement istehsalçıları 6 ayda istehsalı 39% artıraraq satış həcmini 1,3 mln tona çatdırıb.
Maraqlıdır ki, digər tikinti materiallarının istehsalında (gips, kərpic, asfalt) azalma olub. İlin I yarısında istehsalçılar 51,8 min ton tikinti gipsi (-48,2%), 119,2 min kubmetr kərpic (-38,2%) və 144 min ton asfalt (-19%) istehsal edib.
İlin əvvəlindən tikinti materialları hasilatı 5,1% artıb. Ötən il tikinti qumu, daş və çınqıl çıxarılmasında 27,5% azalma olub. Karxanalarda 656,5 min ton qum (-32,3%), 201,2 min ton daş (+12%) və 742,8 min ton çınqıl (23,3%) çıxarılıb.
Dövlətstatkomun məlumatına görə, yanvar-iyunda tikinti materiallarının pərakəndə qiyməti illik hesablamada 1,2% bahalanıb. İstehsalçıların buraxılış qiyməti orta hesabla 0,3% artıb. 08D
-
- İqtisadiyyat
- 22 İyul 2014 11:55
-
- İqtisadiyyat
- 22 İyul 2014 12:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz