Azərbaycan Mərkəzi Bankı manatın dollara nisbətdə məzənnəsini cüzi şəkildə azaldıb
Aprelin 13-də Azərbaycan Mərkəzi Bankı milli valyutanın dollara qarşı məzənnəsini 1 dollar – 1,0537 manat səviyyəsində müəyyən edib. Bu, şənbə günü olan 1,052 manat olan məzənnədən aşağıdır.
Beləliklə, milli valyutanın “yumşaq” ucuzlaşması bir həftədir davam edir. Bu təmayül növbəti ajiotaja və dollar defisitinə səbəb olub.
Bu arada, valyutadəyişmə məntəqələrində dolları 1,06 manata alırlar, 1,074 manata satırlar.
Bir müddət əvvəl Mərkəzi Bank manatın məzənnəsinin ucuzlaşmasını kursun bivalyuta səbəti – dollar və avro məzənnələri əsasında formalaşması ilə izah edib. Son günlər dolların avroya nisbətdə məzənnəsinin artması manatın məzənnəsinə təsir edir.
Bundan da əvvəl isə AMB elan edib ki, artıq milli valyutanın məzənnəsini süni şəkildə müəyyən səviyyədə saxlamayacaq. -02В-
-
- İqtisadiyyat
- 13 Aprel 2015 12:38
-
- İqtisadiyyat
- 13 Aprel 2015 13:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz