Gəncə qənnadı fabrikinin profili dəyişə bilər
Əmlak Məsələləri Dövlət Komitəsi “Gəncə Qənnadı” ASC-nin səhmlərinin 30,03%-i növbəti dəfə investisiya müsabiqəsinə çıxarıb. İnvestora hüquq verilib ki, qalan 70% səhmin sahiblərinin rəyindən asılı olmayaraq, müəssisənin profilini özü seçsin.
Müsabiqənin şərtlərinə əsasən, səhmləri almaq üçün iddiaçılar investisiya proqramından əlavə bir ay ərzində ƏMDK-yə dövlət büdcəsinə 550 min manat köçürülməsi barədə təklif təqdim etməlidirlər.
İnvestorlara ümumi qiyməti 1,6 mln manat olan 793 926 səhm təklif edilir. Bu səhmlər əvvəllər nominalının 50%-ə pul hərracına çıxarılıb. İndi investorlardan nominalın 31,4%-i tələb edilir.
“Gəncə Qənnadı” 1973-cü ildə istismara verilib. Nizamnamə kapitalı 5 mln 288,2 min manatdır.
Müəssisədə 53 nəfər çalışır. 3 ildə işçilərin sayı 2 dəfə azalıb. 1 aprel 2015-ci il üçün öhdəlikləri 567,8 min manat olub. Debitor borcları yoxdur.
Dövlətstatkomun məlumatına görə, 2013-cü ildə Gəncədə 62,7 ton qənnadı məmulatı istehsal edilib. Gəncə Qənnadı Fabrikinin gücü 36 min tondur. Gəncə KİV-in yazdığına görə, 2014-cü ildə istehsal həcmi 400 ton olub. Bunun 20 tonu Gürcüstana ixrac edilib. Şəhər İN-nin məlumatına görə, 2014-cü ildə ASC-də süd emalı müəssisəsi yaradılıb. 08D
-
- Cəmiyyət
- 13 Aprel 2015 12:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz